...

Suriyalı deputat Türkiyəyə qaçıb

Dünya xəbərləri Materials 27 İyul 2012 10:18 (UTC +04:00)
Suriyalı deputat İhlas Bədəvi müxalifətlə birləşərək Türkiyəyə qaçıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Anadolu agentliyi xəbər verib.
Suriyalı deputat Türkiyəyə qaçıb

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir A.Tağıyeva/

Suriyalı deputat İhlas Bədəvi müxalifətlə birləşərək Türkiyəyə qaçıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Anadolu agentliyi xəbər verib.

Məlumata görə, o, Suriyanın müxalifətə qoşulan ilk deputatıdır.

Bir müddət əvvəl Suriyanın İraq, BƏƏ və Kiprdəki səfirləri hakimiyyətdən ayrılaraq müxalifətlə birləşiblər.

Suriyada münaqişə 2011-ci ilin martından davam edir. BMT-nin məlumatına görə, münaqişə qurbanlarının sayı 16 min nəfərdir. Qərb ölkələri və bir sıra ərəb dövlətləri prezident Bəşərə Əsədi öz postunu tərk etməyə çağırıraq bununla da zorakılığın dayanacağını güman edirlər.

Xəbər lenti

Xəbər lenti