...

Hüquq-mühafizə orqanları Kutaisi meriyasının ətrafında bomba axtarırlar

Dünya xəbərləri Materials 28 Dekabr 2012 13:17 (UTC +04:00)
Hüquq-mühafizə orqanları Gürcüstanın parlament paytaxtı Kutaisi meriyasının ətrafında bomba axtarırlar.
Hüquq-mühafizə orqanları Kutaisi meriyasının ətrafında bomba axtarırlar

Gürcüstan, Tbilisi, 28 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Hüquq-mühafizə orqanları Gürcüstanın parlament paytaxtı Kutaisi meriyasının ətrafında bomba axtarırlar.

Trend-in məlumatına görə, meriyanın inzibati binasının mühafizəçisi səhər saatlarında İmereti qubernatorunun müavini Zaza Kiknavelidzenin avtomobilinin yaxınlığında naməlum əşya görüb, bundan sonra patrul polisi çağırıb.

Senakidən minaaxtaranlar çağırılıb və onlar hazırda hadisə yerindədirlər. Ərazi əhatəyə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti