Azərbaycan, Bakı, 7 yanvar /Trend /
"Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi tarixdə ilk dəfə olaraq ardıcıl 4 dəfə FIFA tərəfindən "İlin ən yaxşı futbolçusu" adına layiq görülüb. Bu barədə Trend RİA Novosti xəbər agentliyinə istinadən məlumat verir.
Mükafatlandırma mərasimi bazar ertəsi Sürixdə keçirilib. Messiyə "Qızıl top"u Fabio Kannavaro təqdim edib.
Argentina millisinin forvardı jurnalistlərin, milli komandaların kapitanlarının və məşqçilərinin 41,6 faiz səsi ilə öz klub yoldaşı Andreas İnyestanı və Madrid "Real"ının portuqal hücumçusu Kriştianu Ronaldonu geridə qoyub.