...

Hüseyn Avni Mutlu: Taksim meydanında toqquşmalar nəticəsində 2 nəfər yaralanıb

Dünya xəbərləri Materials 12 İyun 2013 00:12 (UTC +04:00)
İstanbul valisi Hüseyn Avni Mutlunun bildirdiyinə görə, Taksim meydanında etiraz edənlər və polis arasında toqquşmalar nəticəsində 2 nəfər yaralanıb
Hüseyn Avni Mutlu: Taksim meydanında toqquşmalar nəticəsində 2 nəfər yaralanıb

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Taksim meydanında etiraz edənlər və polis arasında toqquşmalar nəticəsində 2 nəfər yaralanıb. Trend-in Sabah qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə İstanbul valisi Hüseyn Avni Mutlu deyib.

Mutlunun sözlərinə görə, etiraz edənlər tərəfindən fişənglərin və tüstü bombalarının istifadəsi nəticəsində bir polis və bir vətəndaş yaralanıb.

Hal-hazırda etiraz aksiyası davam edir.

Artıq on gündən çoxdur ki, Türkiyənin müxtəlif şəhərlərində İstanbulun Taksim meydanındakı Gezi parkının yenidən qurmasına qarşı etiraz aksiyaları davam edir.

Bundan əvvəl baş nazir Rəcəb Tayyip Ərdoğan mitinqdə iştirak edənləri etiraz aksiyalarını dayandırmağa çağırıb.

Ərdoğanın sözlərinə görə, etiraz aksiyalarının davamı ilk növbədə dövlətə və ölkə vətəndaşlarına zərər vuracaq.

Xəbər lenti

Xəbər lenti