...

Davudoğlu: Türkiyədə Suriyaya qarşı hərbi əməliyyatların keçirilməsi üçün mandat var

Dünya xəbərləri Materials 27 Avqust 2013 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir A.Tağıyeva/

Rəsmi Ankarada Suriyadan Türkiyənin təhlükəsizliyinə təhdid gəldiyi təqdirdə bu ölkədə hərbi əməliyyatların keçirilməsi üçün mandat var. Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Davudoğlunun sözlərinə görə, əgər Suriyada daha genişmiqyaslı əməliyyatın keçirilməsi üçün mandatın gücləndirilməsinə ehtiyac yaranarsa, onda Türkiyə hökuməti ölkə Parlamentinə müraciət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti