...

Biləsuvar SKM vasitəsilə Azərbaycandan İrana gedənlərin sayı artıb

Dünya xəbərləri Materials 23 Sentyabr 2013 11:37 (UTC +04:00)
"Biləsuvar" sərhəd-keçid məntəqəsi (SKM) vasitəsilə Azərbaycandan İrana gedənlərin sayı bu ilin (İran təqvimi ilə il martın 20-də başlayır) ilk beş ayında ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 46 faiz çoxdur.
Biləsuvar SKM vasitəsilə Azərbaycandan İrana gedənlərin sayı artıb

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

"Biləsuvar" sərhəd-keçid məntəqəsi (SKM) vasitəsilə Azərbaycandan İrana gedənlərin sayı bu ilin (İran təqvimi ilə il martın 20-də başlayır) ilk beş ayında ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 46 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Donya-e-eqtesad" qəzeti Biləsuvar SKM-nin direktor müavini Əsgər Cəfərzadəyə istinadən xəbər yayıb.

Nəşrin məlumatına görə, göstərilən müddət ərzində Biləsuvar SKM vasitəsilə Azərbaycandan İrana təxminən 240 min insan keçib.

Cəfərzadə vurğulayıb ki, azərbaycanlılar əsasən İrana müalicə, qohumlarına baş çəkmək və müqəddəs yerləri ziyarət etmək məqsədilə gəlirlər.

Biləsuvar SKM İranın Ərdəbil vilayətinin şimal-qərbində, Azərbaycan-İran sərhədində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti