...

Konqresmen Uolter Cons ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna üzv olub

Dünya xəbərləri Materials 1 Mart 2014 06:52 (UTC +04:00)
2014-cü ilin fevralın 28-də ABŞ Konqresinin üzvü Uolter Cons (Walter B. Jones) Konqresdəki Azərbaycan üzrə İşçi Qrupuna üzv olub.
Konqresmen Uolter Cons ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna üzv olub

Azərbaycan, Bakı, 1 mart /Trend/

2014-cü ilin fevralın 28-də ABŞ Konqresinin üzvü Uolter Cons (Walter B. Jones) Konqresdəki Azərbaycan üzrə İşçi Qrupuna üzv olub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, bununla, İşçi Qrupundakı konqresmenlərin sayı 62-yə çatıb.

Respublikaçılar Partiyasından olan Uolter Cons Konqresdə Şimali Karolina ştatına aid seçki dairəsini təmsil edir.

2004-cü ildən fəaliyyət göstərən ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupu iki ölkə arasındakı tərəfdaşlığın gücləndirilməsində mühüm rol oynayır.

Qeyd edək ki, Azərbaycan İşçi Qrupunun hər iki həmsədri Bil Şuster və Stiv Koen davamlı olaraq ölkəmizə fəal dəstəklərini nümayiş etdirirlər. Belə ki, Xocalı qətliamının 22-ci ildönümü ilə əlaqədar Bil Şuster fevralın 27-də ABŞ Konqresində keçirilmiş tədbirdə çıxış edib, Stiv Koen isə bəyanat yayıb.

Xəbər lenti

Xəbər lenti