Azərbaycan, Bakı, 22 aprel /Trend/
ABŞ bu ay Suriyada kimyəvi maddələrin tətbiq edilməsinin mümkünlüyü barədə məlumatları öyrənir. Trend İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə dövlət departamentinin rəsmisi Cen Psaki bildirib.
"Biz zəhərli sənaye kimyəvi maddələrin istifadəsinin əlamətlərini görürük", - Psaki deyib.
Amerikalı diplomatın sözlərinə görə, söhbət Suriyanın Kfar Zeyta şəhərində kimyəvi maddələrin tətbiqinin mümkünlüyündən gedir.