...

"Sevol" bərəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 259 nəfərə qədər artıb

Dünya xəbərləri Materials 5 May 2014 07:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend/

Son saatlar ərzində dalğıclar 11 cəsədi üzə qaldıra biliblər, nəticədə Cənubi Koreyanın "Sevol" bərəsindəki faciə qurbanlarının ümumi sayı 259 çatıb. Daha 43 nəfər itkin düşüb. Trend İTAR-TASS agentliyinə istinadən bu barədə Çindo adasındakı hökumətin operativ qərargahından bildiriblər.

Dalğıclar 35 metr dərinlikdə batmış gəminin içində axtarışları bərpa etdikdən sonra ölənlərin meyitləri tezliklə tapıldılar.

Ötən gecə ərzində axtarış-xilasetmə işləri güclü külək və yüksək səviyyədə dəniz suyunun artması səbəbindən keçirilməyib.

Dalğıclar nəzərdə tutulmuş 64 kayutadan 61-ni yoxlaya biliblər. Bərədə yenidənqurmadan sonra ümumilikdə 111 kayuta olub.

Xəbər lenti

Xəbər lenti