Azərbaycan, Bakı, 6 may /Trend/
Rusiyayönümlü fəallar Ukraynanın Donetsk vilayətinin Debaltsevo Şəhər Şurasını ələ keçiriblər. Trend-in çərşənbə axşamı "RBK-Ukrayna" saytına istinadən verdiyi məlumata görə, Debaltsevo ərazisindən Rusiyadan və əks istiqamətdə dəmiryol daşımaların böyük hissəsi keçir.
Rusiyayönümlü fəalların təzyiqi altında Şəhər Şurasının deputatları mayın 11-nə təyin edilmiş regionun statusu haqqında referendumu dəstəkləmək qərarına gəliblər.
Dinc yolla binanını ələ keçirənlər heç bir maneə ilə rastlaşmayıblar.