...

Rumıniyada prezidentin doğma qardaşı korrupsiyada şübhəli bilinərək həbs edilib

Dünya xəbərləri Materials 20 İyun 2014 17:37 (UTC +04:00)
Rumıniyada Prezident Trayan Beseskunun doğma qardaşı korrupsiyada şübhəli bilinərək həbs edilib. Trend-in məlumatına görə, bu barədə cümə günü İTAR-TASS xəbər yayıb.
Rumıniyada prezidentin doğma qardaşı korrupsiyada şübhəli bilinərək həbs edilib

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Rumıniyada Prezident Trayan Beseskunun doğma qardaşı korrupsiyada şübhəli bilinərək həbs edilib. Trend-in məlumatına görə, bu barədə cümə günü İTAR-TASS xəbər yayıb.

İyunun 20-də Milli Antikorrupsiya İdarəsindən jurnalistlərə bildiriblər: "Mirça Besesku kriminal avtoritet Sandu Angel barəsində əlverişli məhkəmə hökmü çıxarılması məqsədilə hakim və prokurorların pulla ələ alınması barədə cinayət işi çərçivəsində həbs edilib". İdarədən dəqiqləşdiriblər ki, onun həbsi barədə qərar bu həftənin əvvəlində yerli KİV-də gizli kameranın köməyi ilə çəkilmiş videoyazının dərc edilməsindən sonra həyata keçirilib.

Videoyazıda Rumıniya Prezidentinin qardaşı "qanunda oğru" Angelin həbsdən azad olunmasına yardım etmək üçün mükafat vəd edir. Yazı sübut edir ki, M.Besesku bunun üçün dövlət başçısının nüfuzundan Rumıniyanın Ali Məhkəmə Kassasiya Palatası sədrinə təsir etmək üçün istifadə etməyi planlaşdırır.

Prezidentin qardaşı ilə sövdələşmə faktını Angelin özü və onun qohumları təsdiqləyir.

Qalmaqal ölkədə ildırım sürəti ilə inkişaf edir. Belə ki, baş nazir Viktor Ponta bəyan edib ki, prezident "Avropa ölkəsinin rəhbəri kimi belə vəziyyətdə istefa verməlidir". O, xəbərdarlqı edib ki, əgər dövlət başçısının bu qalmaqalla əlaqəsi sübuta yetirilərsə, hakim koalisiyadan olan deputatlar parlamentdə impiçmenti səsə qoyacaqlar.

Besesku özü istefa verməkdən imtina edib. O, bəyanatla çıxış edərək bildirib ki, "heç vaxt qardaşı ilə Angel üzərində proseslə bağlı məsələləri müzakirə etməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti