...

Tbilisidə enerji siyasəti üzrə seminar keçiriləcək

Dünya xəbərləri Materials 18 Noyabr 2014 08:08 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 noyabr /Trend, müxbir N.Kirtsxalia/

Noyabrın 18-də WEG və İlia Universiteti tərəfindən enerji siyasəti və davamlı inkişaf üzrə seminar keçiriləcək. Bu barədə Trend məlumat verir.

Seminarda enerji təhlükəsizliyinin təminatına yönələn tədbirlər, Avropa İttifaqının enerji təhlükəsizliyinin direktivləri və enerji birliyinə daxil olan ölkələrin təcrübəsi müzakirə olunacaq.

Seminarda sahənin aparıcı ekspertləri, Energetika Nazirliyinin mütəxəssisləri, həmçinin Gürcüstan parlamentinin və hökumətinin nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti