Azərbaycan, Bakı, 18 noyabr /Trend/
Ötən həftə Rumıniyanın xarici işlər naziri təyin olunmuş Teodor Meleskanu istefaya getmək niyyətindədir.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, buna səbəb xaricdə yaşayan Rumıniya vətəndaşlarının noyabrın 16-da keçirilmiş prezident seçkilərinin ikinci turunda səs verə bilməmələri olub.
T.Meleskanu bu axşam hökumətin iclasında istefasını elan etmək niyyətindədir. Ondan öncə bu vəzifəni icra etmiş Titus Korlaten isə noyabrın 10-da istefa vermişdi.
Prezident seçkilərinin II turunun nəticəsinə əsasən, Sibiu şəhərinin meri Klaus Yohannis səslərin 54 faizini toplayaraq qalib gəlib.