...

Türkiyə Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a müraciət edəcək

Dünya xəbərləri Materials 29 Dekabr 2014 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə ABŞ-da yaşayan ictimai xadim Fətullah Gülənin ekstradiyası ilə bağlı bu ölkəyə rəsmi müraciət edəcək. Bu barədə bazar ertəsi Trend "Haber7" telekanalına istinadən məlumat verir.

Qeyd edək ki, İstanbul məhkəməsi dekabrın 29-da ABŞ-dan F. Gülənin həbs edilməsi barədə qərarı yerinə yetirməyi tələb edib.

2014-cü il dekabrın 19-da İstanbul məhkəməsi terror təşkilatı yaratmaqda və Türkiyəyə qarşı casusluqda günahlandırılan F.Gülənin həbs edilməsi barədə qərar çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti