Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin Baş naziri Əhməd Davudoğlu ölkənin əyalətlərinə bir sıra səfərlərini ləğv edib.
Trend-in Türkiyənin İHA agentliyinə istinadən verdiyi məlumata əsasən, buna səbəb ölkə ərazisində hava şəraitinin pisləşməsidir.
Bu gün İstanbulda güclü şaxta və qar yağması ilə əlaqədar məktəblərdə dərslər təxirə salınıb.