Azərbaycan, Bakı, 12 yanvar /Trend/
Türkiyədə yağan güclü qardan sonra yaranan sel suları yolların bağlanmasına səbəb olub.
Trend-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hazırda İstanbulda bəzi magistral yollarda sel suları ciddi fəsadlar törədib.
Qeyd edək ki, Türkiyədə artıq bir həftədir güclü qar yağır. Qar yağması nəticəsində ölkədə bəzi aviareyslər təxirə salınıb, bəzi məktəblərdə dərslər dayandırılıb.