Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Məftun Salmanov/
Türk Hava Yolları (THY) ötən il İsrailə ən çox sərnişin daşıyan xarici aviaşirkət olub.
Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, THY 2013-cü ildə də bu adı qazanmışdı.
Türk Hava Yolları ötən il İsrailə və İsraildən digər ölkələrə ikitərəfli istiqamətdə 690 min sərnişin daşıyıb. 2013-cü ildə bu ölkəyə 582 min sərnişin daşıyan THY ötən il bu göstəricini 19 faiz artırıb.
Sıralamada ikinci və üçüncü yerlərdə, müvafiq olaraq, Almaniyanın "Lufthansa" (385 min sərnişin) və İngiltərənin "Easyjet" (380 min sərnişin) aviaşirkətləri olublar.