...

Amerikalılar ruslara sığındılar

Dünya xəbərləri Materials 15 Yanvar 2015 15:02 (UTC +04:00)
Beynəlxalq Kosmik Stansiyadakı zəhərli sızıntı səbəbindən amerikalı astronavtlar onlar üçün ayrılmış bölümü tərk edərək rusların tərəfinə keçməyə məcbur olublar.
Amerikalılar ruslara sığındılar

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Məftun Salmanov/

Beynəlxalq Kosmik Stansiyadakı zəhərli sızıntı səbəbindən amerikalı astronavtlar onlar üçün ayrılmış bölümü tərk edərək rusların tərəfinə keçməyə məcbur olublar.

Trend-in cümə axşamı "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, zəhərli sızıntı kosmik stansiyanın soyutma sistemində baş verib.

Hadisəyə görə stansiyadakı üçü rus, ikisi amerikalı və biri italyan olmaqla 6 nəfərlik heyət təhlükəsiz yerə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti