...

Ermənilər "Min bir gecə" serialının dayandırılmasını tələb edirlər

Dünya xəbərləri Materials 29 Yanvar 2015 18:02 (UTC +04:00)
Argentinadakı erməni icması bu ölkədə yayımlanan Türkiyənin "Min bir gecə" serialının dayandırılması tələbi ilə çıxış ediblər.
Ermənilər "Min bir gecə" serialının dayandırılmasını tələb edirlər

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Məftun Salmanov/

Argentinadakı erməni icması bu ölkədə yayımlanan Türkiyənin "Min bir gecə" serialının dayandırılması tələbi ilə çıxış ediblər.

Trend-in DHA agentliyinə istinadən verdiyi məlumata əsasən, ermənilər serialın yayımının dayandırılması məqsədi ilə imzatoplama kampaniyasına başlayıblar.

Erməni Mətbuat Mərkəzi yaydığı açıqlamada qeyd edib ki, serial qondarma "soyqırım"ın 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərin təsirini neytrallaşdırmağa xidmət edir.

Beynəlxalq Erməni Şurası isə Türkiyə seriallarının həmin ölkənin mədəniyyət və turizm elementlərini özündə ehtiva etdiyini bəyan edib.

Qeyd edək ki, Cənubi Amerikada yayımlanan Türkiyə serialları xeyli populyarlıq qazanıb və tamaşaçı sayı baxımından Braziliya seriallarını üstələməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti