Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir Məftun Salmanov/
2014-cü ildə Rusiya əhalisinə 119,3 milyon dekalitr araq və likör məmulatları satılıb ki, bu da 2013-cü illə müqayisədə 8 faiz azdır.
Trend-in bazar ertəsi İnterfaks agentliyinə istinadən verdiyi məlumata görə, bunun əvəzində ruslar daha çox pivə qəbul ediblər.
Belə ki, ötən il pivənin pərakəndə satışı 1,1 milyard dekalitr təşkil edib ki, bu da 2013-cü ilin göstəricisindən 1,7 faiz çoxdur.
Bundan başqa, əhali 2014-cü ildə 12 milyon dekalitr konyak, 21,7 milyon dekalitr zəif alkoqollu kokteyl alıb ki, bu da 2013-cü ilə nisbətən müvafiq olaraq 7 və 6,6 faiz azdır.
Məlumata görə, Rusiyada reallaşdırılan alkoqol məhsullarının təqribən 70 faizi aşağı keyfiyyətli olduğuna görə insan sağlamlığı üçün təhlükəlidir.