...

Rusiya "Metsamor" AES-in istismar müddətini uzatmaq üçün pul xərcləyir

Dünya xəbərləri Materials 6 Fevral 2015 19:15 (UTC +04:00)
Ermənistanın Baş naziri Ovik Abramyanın dünən Rusiyaya işgüzar səfəri çərçivəsində "Metsamor" AES-in istimar müddətinin uzadılması üzrə işlərin maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb.
Rusiya "Metsamor" AES-in istismar müddətini uzatmaq üçün pul xərcləyir

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Ermənistanın Baş naziri Ovik Abramyanın dünən Rusiyaya işgüzar səfəri çərçivəsində "Metsamor" AES-in istimar müddətinin uzadılması üzrə işlərin maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu məqsədlə Rusiya Ermənistan hökumətinə kredit ayıracaq.

Qeyd edək ki, "Metsamor" AES 1970-ci ildə tikilib. Mütəxəssislərin fikrincə, AES regiondakı seysmik aktivlik səbəbindən təhlükə daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti