...

Qazaxıstanda polkovnik-leytenant Müdafiə Nazirliyi qarşısında özünü partladıb

Dünya xəbərləri Materials 10 Fevral 2015 12:41 (UTC +04:00)
Qazaxıstan Müdafiə Nazirliyinin binası qarşısında avtomobil partlayıb.
Qazaxıstanda polkovnik-leytenant Müdafiə Nazirliyi qarşısında özünü partladıb

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Qazaxıstan Müdafiə Nazirliyinin binası qarşısında avtomobil partlayıb. Trend xəbər verir ki, bu barədə Tengrinyus agentliyi nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda deyilir: "Çərşənbə axşamı Astanada "Chevrolet" markalı avtomaşında partlayış olub. Maşında Qazaxıstan Müdafiə Nazirliyinin hərbi qulluqçusu - 1975-ci il təvəllüdlü polkovnik-leytenant Sızdıkov Arman Kaydaroviç olub. Zabir aldığı xəsarətlərdən hadisə yerində ölüb. Yoldan keçənlərdən heç kim xəsarət almayıb".

Hadisənin araşdırılması üçün operativ-istintaq qrupu yaradılıb. Faktla bağlı cinayət işi açılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.

Mətbuat xidmətindən bildiriblər ki, hadisə yerindən məktub tapılıb, terror aktı barədə ehtimal istisnadır: "İnsidentin araşdırılması ilə bağlı təfsilatlar sonra açıqlanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti