Azərbaycan, Bakı, 11 fevral /Trend/
Fevralın 11-də Yerevanda polis əməkdaşları Ermənistan Prezidenti Serj Sarkisyanın ofisi qarşısında nümayiş keçirən ölkə ordusunda ölən hərbçilərin valideynlərinə zor tətbiq edib.
Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları noyabrın 27-də S.Sarkisyana göndərilmiş məktubun cavabsız qalmasının səbəbini öyrənmək istəyiblər.
Polislə etirazçılar arasında baş vermiş toqquşma nəticəsində ölən əsgərlərin valideynlərinin səhhəti pisləşib.
Valideynlər polisləri məhkəməyə verəcəklərini bildiriblər.