...

"Türk Hava Yolları" 330-dan çox reysi təxirə saldı

Dünya xəbərləri Materials 18 Fevral 2015 14:18 (UTC +04:00)
"Türk Hava Yolları" aviaşirkəti fevralın 18-19-na planlaşdırılan daxili reysləri təxirə salmaqda davam edir.
"Türk Hava Yolları" 330-dan çox reysi təxirə saldı

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

"Türk Hava Yolları" aviaşirkəti fevralın 18-19-na planlaşdırılan daxili reysləri təxirə salmaqda davam edir.

Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hazırda belə reyslərin sayı 334-ə çatıb.

Uçuşlar İstanbulda güclü qar yağması ilə əlaqədar ləğv edilir.

Hazırda İstanbul aeroportlarına enməli olan təyyarələr Türkiyənin digər şəhərlərindəki hava limanlarına göndərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti