...

Putin məmurların məvacibini azaldır

Dünya xəbərləri Materials 27 Fevral 2015 15:10 (UTC +04:00)
Kreml Administrasiyasında məvaciblər 10 faiz azaldılacaq.
Putin məmurların məvacibini azaldır

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Kreml Administrasiyasında məvaciblər 10 faiz azaldılacaq. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-sentyabrında Prezident Administrasiyasında orta aylıq əməkhaqqı 216,411 min rubl olub.

Daha əvvəl Dövlət Dumasının deputatlarının və Federasiya Şurasının senatorlarının da məvaciblərinin 10 faiz azaldılması təklif edilmişdi. Hər iki təklif fraksiyalar və senatorlar tərəfindən dəstəklənmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti