...

Səddam Hüseynin məzarı dağıdıldı

Dünya xəbərləri Materials 16 Mart 2015 19:35 (UTC +04:00)
İraqın mərhum Prezidenti Səddam Hüseynin məzarı dağıdılıb.
Səddam Hüseynin məzarı dağıdıldı

Azərbaycan, Bakı, 16 mart /Trend/

İraqın mərhum Prezidenti Səddam Hüseynin məzarı dağıdılıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, məzar Tikrit şəhəri yaxınlığında "İslam dövləti" (İD) terror qruplaşmasının silahlıları və İraq ordusu arasında baş vermiş döyüşlər zamanı dağıdılıb.

İD Tikrit şəhərini 2014-cü il iyunun 11-də ələ keçirmişdi. Şiə hərbi bölmələrinin nümayəndəsi Yair Nuuma bəyan edib ki, məzar ərazisində xeyli sayda İD silahlıları cəmləşmişdi, onlar məzarı minalamışdılar.

Xatırladaq ki, S.Hüseyn 2006-cı il dekabrın 30-da edam edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti