...

"Türk Hava Yolları"nın təyyarəsində bomba həyəcanı

Dünya xəbərləri Materials 29 Mart 2015 19:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend/

Bazar günü "Türk Hava Yolları" aviaşirkətinin İstanbul-Tokio reysi təyyarənin yük bölməsində bomba olması ehtimalı səbəbindən təcili olaraq dayandırılıb.

Trend-in "Haber3" agentliyinə istinadən verdiyi məlumata görə, insident səhər saatlarında İstanbulun Atatürk beynəlxalq hava limanında yaşanıb.

Göyərtəsində 321 sərnişin olan "Boeing 777-300" təyyarəsi İstanbuldan Tokioya istiqamət alıb. Qara dəniz üzərində uçuş zamanı stüardessalardan biri tualet qapısının üstündə "C4 Kargo" yazısını görüb. Bu, nəzəri olaraq laynerin yük bölməsində plastik partlayıcının olduğunu göstərə bilər.

Hava gəmisinin kapitanı müvafiq yoxlama aparılması üçün aeroporta qayıtmaq icazəsi istəyib.

Mütəxəssislər təyyarədə bütün xidməti yükləri və sərnişinlərin baqajlarını yoxlayıb, lakin heç bir partlayıcı vasitə aşkar etməyiblər. Təyyarənin Tokioya bu axşam uçacağı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti