Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/
"Türk Hava Yolları" (THY) aviaşirkətinin Direktorlar Şurasının sədri Həmdi Topçu istefa verib. Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir.
İstefanın səbəbləri hələ açıqlanmır.
Qeyd edək ki, H.Topçu THY-yə 2010-cu il yanvarın 1-dən rəhbərlik edirdi.
1933-cü ildə təsis edilən "Türk Hava Yolları" 220 xarici və 42 daxili aeroporta mütəmadi reyslər həyata keçirir. Şirkətin uçuşlar üçün əsas qovşağı İstanbuldakı Atatürk Beynəlxalq Hava Limanıdır.