...

"Uydurma "soyqırım"ı tanımağa çağıranlar Ermənistanın harada yerləşdiyini də bilmirlər"

Dünya xəbərləri Materials 21 Aprel 2015 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

1915-ci il hadisələrini "soyqırım" kimi tanımağa çağıran bəzi ölkələr heç Ermənistanın harada yerləşdiyini də bilmir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Avropa İttifaqı məsələləri naziri Volkan Bozkır bildirib.

Nazirin sözlərinə görə, Türkiyə 1915-ci il hadisələrinin siyasiləşdirilməsinin əleyhinədir.

O, əlavə edib ki, 1915-ci il hadisələri o dövrdə Osmanlı imperiyasında yaşamış bütün xalqlar üçün ümumi faciədir.

ABŞ prezidentinin gözlənilən çıxışı barədə sualı şərh edən V.Bozkır qeyd edib ki, Ankara Obamanın "soyqırım" ifadəsi işlətməyəcəyinə ümid edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti