...

"Türk Hava Yolları" biletləri avro ilə satmaqdan imtina etdi (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 26 May 2015 16:52 (UTC +04:00)
"Türk Hava Yolları" aviaşirkəti öz reyslərinə biletləri avro ilə satmaqdan imtina edib.
"Türk Hava Yolları" biletləri avro ilə satmaqdan imtina etdi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir Rufiz Hafizoğlu/

"Türk Hava Yolları" aviaşirkəti öz reyslərinə biletləri avro ilə satmaqdan imtina edib. Bu barədə Trend Türkiyənin "Milliyyət" qəzetinə istinadən məlumat verir.

Qəzetin məlumatına əsasən, aviaşirkət bu addımı Türkiyədə avronun məzənnəsinin tez-tez dəyişməsi səbəbindən atıb.

Türkiyənin digər aviaşirkətlərinin də bu addımı atacağı gözlənilir. "Türk Hava Yolları" aviaşirkətinin öz reyslərinə biletləri avro ilə satmaqdan imtina etməsinin digər səbəbi ölkənin maliyyə sisteminin ABŞ dollarına əsaslanmasıdır.

Türkiyə Mərkəzi Bankının mayın 26-na olan rəsmi məzənnəsi 2,8670 TRY/EURO təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti