...

Latviya Seymi ölkənin yeni prezidentini seçdi

Dünya xəbərləri Materials 3 İyun 2015 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Latviya Seymi növbədənkənar iclasında müdafiə naziri Raymond Veyonisi ölkə prezidenti seçib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, o, "Yaşıllar və kəndlilər birliyi" partiyasının namizədi olub.

Seymin 55 deputatı birinci turun beşinci raundunda R.Veyonisin lehinə səs verib.

Qeyd edək ki, Parlament respublikası olan Latviyada ölkə prezidentini Seym seçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti