...

Eynşteynin şəxsi məktubları 420 min dollara satılıb

Dünya xəbərləri Materials 13 İyun 2015 05:52 (UTC +04:00)
ABŞ-da hərracda Albert Eynşteynin şəxsi məktubları 420 min dollara satılıb.
Eynşteynin şəxsi məktubları 420 min dollara satılıb

Azərbaycan, Bakı, 13 iyun /Trend/

ABŞ-da hərracda Albert Eynşteynin şəxsi məktubları 420 min dollara satılıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Məktublar "Profiles in History" hərrac evində satılıb. Satılan 27 məktub arasında Yaponiyaya İkinci dünya müharibəsi zamanı atılan atom bombaları ilə nisbilik nəzəriyyəsi aralarında olan əlaqənin izahı ilə olan məktub da var. Məhz bu məktub 62,5 min dollara satılıb.

Xəbər lenti

Xəbər lenti