Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İlkin İzzət/
Türkiyədə terrorçuların hücumu nəticəsində daha bir hərbçi şəhid olub.
Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, dünən gecə Türkiyənin Şırnak vilayətinin Beytüşşəbap bölgəsinin Heyvalıq kəndində Jandarma Qüvvələrinin hərbçilərinə terrorçular tərəfindən edilən hücum nəticəsində yaralanan kapitan Ali Alkan yerləşdirildiyi xəstəxanada ölüb.
Qeyd edək ki, avqustun 21-də Heyvalıq kəndindəki Jandarma bölməsi bir qrup terrorist tərəfindən atəşə məruz qalıb. Təxminən 1 saat davam edən atışma nəticəsində biri ağır olmaq 3 hərbçi yaralanıb.
Jandarma kapitanı Ali Alkan yerləşdirildiyi xəstəxanada həkimlərin səyinə baxmayaraq, gecə saat 02.00-da şəhid olub.
Hazırda atışmadan sonra aradan çıxan terrorçuların ələ keçirilməsi üçün təşkil edilən əməliyyatlar davam edir.