...

Türk Hava Yollarının təyyarəsi Dubayda məcburi eniş edib

Dünya xəbərləri Materials 29 Avqust 2015 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Türk Hava Yollarına (THY) məxsus İstanbuldan Abu-Dabiyə uçan təyyarə yoğun qum fırtınasının yaratdığı təhlükəli hava şəriatinə görə, Dubayda məcburi eniş edib. Trend bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, THY-nin təyyarəsinin Abu-Dabi aeroportuna enməsi gözlənilərkən, yoğun qum fırtınasının yaratdığı təhlükəli hava şəriatinə görə, Dubay aeroportuna məcburi yönləndirilib.

Qeyd olunur ki, təyyarənin Dubaya məcburi eniş etməsindən sonra təyyarədə olan 20-i uşaq olmaqla 130 sərnişin otellərə yerləşdirilib.

Sərnişinlərin bu gün Abu-Dabiyə, təyyarənin isə Türkiyəyə göndəriləcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti