...

ABŞ-da təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Dünya xəbərləri Materials 15 Oktyabr 2015 08:24 (UTC +04:00)
ABŞ-ın Luiziana ştatında yüngül motorlu təyyarə qəzaya uğrayıb
ABŞ-da təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

ABŞ-ın Luiziana ştatında yüngül motorlu təyyarə qəzaya uğrayıb.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 2 nəfər ölüb. Qəza təyyarə havaya qalxdığı zaman, uçuş-eniş zolağından 270 m aralıda baş verib.

Hadisənin başvermə səbəbləri hələ ki, bəlli deyil. Ölənlərin şəxsiyyəti barədə məlumat verilmir. Təyyarədə digər sərnişinlərin olub-olmaması barədə də məlumat yoxdur. Hazırda qəzanın səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti