Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/
İranın Çalus şəhərində əzadarlıq məclisində verilən ehsandan 303 nəfər zəhərlənib. Trend-in məlumatına görə, bu barədə Fars agentliyi İranın Çalus şəhər səhiyyə idarəsinin rəhbəri xanım Hədis Gordgeliyə istinadən məlumat verib.
H.Gordgeli deyib ki, zəhərlənən şəxslərin hamısı xəstəxanalara çatdırılıb: "Onlardan 13 nəfərin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yatızdırılıb. Digərləri isə ambulatory müayinədən sonra evə buraxılıblar".
Onun sözlərinə görə, zəhərlənənlərdən 5 nəfəri uşaq olub.
Hazırda zəhərlənmənin səbəbləri araşdırılır.