...

Türkiyə HHQ yenidən İraqın şimalını bombalayır

Dünya xəbərləri Materials 4 Noyabr 2015 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarələri noyabrın 4-də Şimali İraq ərazisində PKK mövqelərinə yenidən hava zərbələri endiriblər. Bu barədə Trend Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat verir.

Türkiyə HHQ ötən gün olduğu kimi, İraqın şimalında Zap, Qare, Metina, Avşin və Qəndil yaşayış məntəqələri yaxınlığında PKK mövqelərinə hava zərbələri endirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti