...

Komissar: Qaz Avropa İttifaqı üçün əsas enerji mənbəyi olacaq

Dünya xəbərləri Materials 16 Fevral 2016 19:54 (UTC +04:00)
Qaz 2030-cu il üçün Avropa İttifaqının (Aİ) enerji balansının əsas tərkib hissəsi olaraq qalacaq.
Komissar: Qaz Avropa İttifaqı üçün əsas enerji mənbəyi olacaq

Bakı. Elçin Hüseynov - Trend:

Qaz 2030-cu il üçün Avropa İttifaqının (Aİ) enerji balansının əsas tərkib hissəsi olaraq qalacaq. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin enerji və iqlim dəyişikliyi məsələləri üzrə komissarı Migel Arias Kanyete bəyan edib.

Avropa Komissiyası bu gün Avropa İttifaqının enerji təhlükəsizliyinin artırılmasına dair təkliflər paketini qəbul edib. Paket 4 hissədən ibarətdir. Birincisi, qaz tədarükünün təhlükəsizliyi sahəsində qanunvericiliyə, ikincisi, enerji resurslarının alınmasına dair hökumətlərarası sazişlərin qaydalarına yenidən baxılmasıdır. Üçüncü bənd Aİ-də maye qazın istifadəsi strategiyasının genişləndirilməsini nəzərdə tutur. Dördüncü hissə isə binaların istiliklə təchizi strategiyasını əhatə edir.

M.A.Kanyete deyib ki, Aİ-nin strategiyası qazdan daha çox istifadə etməkdən ibarət deyil: "Strategiyamız qazdan daha düşünülmüş qaydada istifadədən ibarətdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti