...

Amerikanın pilotsuz uçan aparatı Əfqanıstanda qəzaya uğrayıb

Dünya xəbərləri Materials 21 Fevral 2016 15:00 (UTC +04:00)
Amerikaya məxsus pilotsuz uçan aparat - MQ-9 Reaper Əfqanıstanın cənubunda Kandaqar əyalətində qəzaya uğrayıb
Amerikanın pilotsuz uçan aparatı Əfqanıstanda qəzaya uğrayıb

Bakı. Trend:

Amerikaya məxsus pilotsuz uçan aparat - MQ-9 Reaper Əfqanıstanın cənubunda Kandaqar əyalətində qəzaya uğrayıb. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə ABŞ HHQ nümayəndəsi Brayn Buşar xəbər verib.

"Qəza Kandaqar aerodromunda baş verib. ABŞ HHQ düşmən zərbəsi ilə əlaqəsi olmayan bu insidenti araşdıracaq", - o deyib.

İnsident şənbə günü axşam saatlarında baş verib.

Qeyd edək ki, bu, Əfqanıstanda Amerikaya məxsus pilotsuz uçan aparatla baş vermiş ilk insident deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti