...

İtalyan pizzası UNESCO-nun “Dünya irsinin siyahısı”na daxil edilə bilər

Dünya xəbərləri Materials 5 Mart 2016 00:47 (UTC +04:00)
İtaliya pizza hazırlanmasının ənənəvi Neapol variantının UNESCO-nun "Dünya irsinin siyahısı"na salınması təklifini irəli sürüb.
İtalyan pizzası UNESCO-nun “Dünya irsinin siyahısı”na daxil edilə bilər

Bakı. Trend:

İtaliya pizza hazırlanmasının ənənəvi Neapol variantının UNESCO-nun "Dünya irsinin siyahısı"na salınması təklifini irəli sürüb. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, Kənd və Meşə Təsərrüfatı və Ərzaq məsələləri üzrə Nazirliyindən gələn təklifi UNESCO-nun Milli Komitəsi təqdir edib.

"Biz UNESCO-ya rəsmi ərizə təqdim etdik. Təklif 200 ölkə nümayəndəsinin iştirakı ilə müzakirə olunacaq", deyə ərizənin "kuratoru" Pyerluici Petrillo bildirib. O həmçinin deyib ki, indiyədək Dünya irsi obyektləri arasında kulinar ənənənin olmadığından, pizzanı UNESCO siyahısına daxil etmək asan olmayacaq.

Gözlənilir ki, qərar Parisdə 2017-ci ildə qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti