...

"Türk Hava Yolları"nın təyyarəsi uçuş-enmə zolağından kənara çıxıb

Dünya xəbərləri Materials 3 May 2016 02:24 (UTC +04:00)
İstanbul - Priştina (Kosovo) reysinin yerinə yetirən "Türk Hava Yolları" aviaşirkətinin təyyarəsi uçuş-enmə zolağından kənara çıxıb.
"Türk Hava Yolları"nın təyyarəsi uçuş-enmə zolağından kənara çıxıb

Bakı. Trend:

İstanbul - Priştina (Kosovo) reysinin yerinə yetirən "Türk Hava Yolları" aviaşirkətinin təyyarəsi eniş zamanı uçuş-enmə zolağından kənara çıxıb. Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.

Priştina hava limanını rəsmi nümayəndəsi Valentina Qara bildirib ki, bu zolağın yaş olması səbəbindən baş verib.

Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti