...

Vəzifəsindən kənarlaşdırılmış Braziliya Prezidenti hökuməti buraxdı

Dünya xəbərləri Materials 12 May 2016 17:28 (UTC +04:00)
Braziliya Prezidenti Dilma Russef ölkə hökumətinin buraxıldığını elan edib.
Vəzifəsindən kənarlaşdırılmış Braziliya Prezidenti hökuməti buraxdı

Bakı. Elçin Hüseynov - Trend:

Braziliya Prezidenti Dilma Russef ölkə hökumətinin buraxıldığını elan edib. Bu barədə Trend EFE agentliyinə istinadən xəbər verir.

Belə qərarı D.Russef bu gün Braziliya Senatı tərəfindən prezidentlik kürsüsündən müvəqqəti kənarlaşdırıldıqdan sonra verib.

Yeni Nazirlər Kabinetinin formalaşması ilə Braziliyanın vitse-prezidenti Mişel Temer məşğul olub. D.Russef prezidentlik kürsüsündən müvəqqəti kənarlaşdırıldıqdan sonra M.Temer ölkə başçısı səlahiyyətlərini icra edəcək.

D.Russef "Perrobras" neft-qaz korporasiyasında korrupsiya cinayətlərinin araşdırılmasına mane olmaqda ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti