...

Suriyada partlayışlar nəticəsində 100 nəfər ölüb

Dünya xəbərləri Materials 23 May 2016 13:43 (UTC +04:00)
Suriyanın Cabla və Tartus şəhərlərindəki partlayışlar nəticəsində ölənlərin sayı 100-ə çatıb.
Suriyada partlayışlar nəticəsində 100 nəfər ölüb

Bakı. Elçin Hüseynov - Trend:

Suriyanın Cabla və Tartus şəhərlərindəki partlayışlar nəticəsində ölənlərin sayı 100-ə çatıb. Bu barədə Trend "Reuters"ə istinadən xəbər verir.

Qeyd edək ki, Suriyanın Latakiya əyalətinin Cabla şəhərindəki avtovağzalın yaxınlığında 3 partlayış baş verib. Dördüncü partlayış isə Tartus şəhərində olub.

Hadisələrlə bağlı təfərrüatlar açıqlanmır.

Məlumatlarda çoxlu sayda yaralanların olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti