...

Forbes: 2016-cı ilin ən nüfuzlu qadınları

Dünya xəbərləri Materials 6 İyun 2016 21:31 (UTC +04:00)
"Forbes" jurnalı 2016-cı ilin ən nüfuzlu qadınlarının yeni siyahısını hazırlayıb.
Forbes: 2016-cı ilin ən nüfuzlu qadınları

Trend-i buradan izləyin

Bakı. Pərviz Sadıqov - Trend:

"Forbes" jurnalı 2016-cı ilin ən nüfuzlu qadınlarının yeni siyahısını hazırlayıb.

Trend-in dərginin saytına istinadən məlumatına görə, "İlin ən nüfuzlu qadını" adını növbəti dəfə Almaniya Kansleri Angela Merkel qazanıb. İkinci yerdə ABŞ-da bu il keçiriləcək prezident seçkilərində namizəd olan Hillari Klinton qərarlaşıb. Üçüncü yerdə isə ABŞ-ın Federal Ehtiyat Sisteminin rəhbəri Canet Yellen yer alıb. Siyahının dördüncüsü "Microsoft" şirkətinin rəhbəri Bill Qeytsin həyat yoldaşı Melinda Qeytsdir.

Keçən ilkindən fərqli olaraq bu dəfə siyahıda şou-biznes ulduzlarından heç kim yer almayıb. 2015-ci ildə nüfuzlu qadınlar siyahısında olan aparıcı Ellen DeCeneres, aktrisa Ancelina Coli və müğənni Teylor Svift yeni siyahıda yer almayıblar.

Jurnal onların siyahıdan düşməsini nüfuzlarının azalması ilə əlaqəli olmadığını qeyd edib, əksinə, ictimai-siyasi həyatda qadınların rolunun artması nəticəsində ortaya çıxan yeni adlarla əlaqələndirib.

Reytinqin ən böyük "itki"si isə dünyanın məşhur biznes ledilərindən olan Elizabet Holmsdur. Eyni zamanda Argentinanın keçmiş prezidenti Kristina Kirşner və Braziliyanın korrupsiyaya görə devrilmiş prezidenti Dilma Russeff də reytinqdəki mövqeyini itirib.

Siyahıya 20 yeni xanımın adı daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti