...

Rusiya və Türkiyə prezidentləri telefon danışığı aparırlar

Dünya xəbərləri Materials 29 İyun 2016 13:24 (UTC +04:00)
Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı aparırlar.
Rusiya və Türkiyə prezidentləri telefon danışığı aparırlar

Trend-i buradan izləyin

Bakı. Trend:

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı aparırlar.

Trend RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə bu gün jurnalistlərə Putinin mətbuat katibi Dmitriy Peskov məlumat verib.

Türkiyənin "Cümhuriyyət" qəzeti məlumat vermişdi ki, iki ölkənin liderləri İstanbulun Atatürk hava limanında törədilmiş terror aktını da müzakirə edəcəklər.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti