...

"Türk Hava Yolları" Rusiyaya uçuşları artıracaq

Dünya xəbərləri Materials 6 İyul 2016 13:40 (UTC +04:00)
"Türk Hava Yolları" Antalya kurort vilayətindən Moskvaya uçuşların sayını artıracaq.
"Türk Hava Yolları" Rusiyaya uçuşları artıracaq

Bakı. Rufiz Hafizoğlu - Trend:

"Türk Hava Yolları" Antalya kurort vilayətindən Moskvaya uçuşların sayını artıracaq.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu aviaşirkətin Rusiyadakı nümayəndəliyinin rəhbəri Mefail Deribaş deyib.

Onun sözlərinə görə, bu qərar Türkiyəyə uçuşlara tələbatın artması, həmçinin çarter reyslərinin çatışmazlığı ilə əlaqədar qəbul edilib.

M.Deribaş qeyd edib ki, bundan sonra "Türk Hava Yolları"nın Antalya-Moskva reysləri gündə 3 dəfə həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti