Bakı. Trend:
Fransa Prezidenti Fransua Olland Nitsa şəhərində törədilmiş hücumu terror aktı adlandırıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
F.Ollandın sözlərinə görə, hücum nəticəsində çox sayda uşaq olmaqla 77 nəfər ölüb, 20 nəfər kritik vəziyyətdədir.
Dövlət başçısı deyib ki, fövqəladə vəziyyət rejimi Fransada 3 ay müddətinə uzadılacaq.