...

"Türk Hava Yolları" aviareyslərini dayandırdı

Dünya xəbərləri Materials 16 İyul 2016 15:33 (UTC +04:00)
“Türk Hava Yolları” (THY) aviaşirkəti Türkiyədə hərbi çevrilişə cəhd səbəbilə ümumilikdə 925 aviareysini təxirə salıb.
"Türk Hava Yolları" aviareyslərini dayandırdı

Bakı. Trend:

“Türk Hava Yolları” (THY) aviaşirkəti Türkiyədə hərbi çevrilişə cəhd səbəbilə ümumilikdə 925 aviareysini təxirə salıb.

Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, THY sərnişinləri səfər etməzdən əvvəl mövcud vəziyyəti aviaşirkətin saytından öyrənməyə çağırır.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti