Bakı. Trend:
Türkiyədə iyulun 15-də baş tutmayan hərbi çevriliş cəhdində iştirak etməkdə təqsirləndirilən şəxslərin həbs olunmaları davam edir. İndiyədək ölkə üzrə həbs olunanların sayı 6 mini ötə bilər.
Trend “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ bildirib.
Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub.