...

Yerevanda silahlı dəstə hökumətə təslim olmaqdan imtina edir: pilotsuz uçan aparat vurulub (YENİLƏNİB)

Dünya xəbərləri Materials 25 İyul 2016 03:09 (UTC +04:00)

Bakı. Trend:

Yerevanda polis binasını ələ keçirmiş silahlı qrup pilotsuz uçan aparatı vurub.

Bu barədə Trend Erməni KİV-lərinə istinadən xəbər verir.

X X X

01:26

Yerevanda polis binasını ələ keçirmiş silahlı qrup silahı yerə qoymaqdan və hakimiyyətə təslim olmaqdan imtina edir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bir az əvvəl silahlı dəstənin üzvləri polis mikroavtobusu yandırıblar.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs Yerevanda Daxili Qoşunların və polisin binasını ələ keçirib. Onlar müxalif "Təsis parlamenti" vətəndaş təşəbbüsünün əlaqələndiricisi olan Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti